Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda təqsirləndirilən 6 nəfər azadlığa buraxılıb

 Beynəlxalq Bankdan kredit götürüb qaytarmamaqda təqsirləndirilən 6 nəfər azadlığa buraxılıb
# 31 may 2016 15:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azərbaycan Beynəlxalq Bankı” ASC işi ilə bağlı həbs edilmiş bir neçə nəfər azadlığa buraxılıb.

APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bankdan kredit götürərək qaytarmamaqda təqsirləndirilən “City Developer” MMC-nin direktoru Ratmir Bəkirov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, “General Construction” şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənov, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir “İzolit” ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyevin barələrində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR