Qusarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Qusarda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 14 iyul 2015 08:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF iyulun 9-da Qusar rayonunun Çiləgir kəndində işgüzar forum keçirib.

Sahibkarlardan ixtisaslaşdırılmış "yaşıl market"in, cins heyvandarlıq, kartofçuluq, yüksək məhsuldar kartof toxumçuluğu və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsi), intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, həmçinin günəbaxan tumlarının emalı və xalçaçılıq müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR