Rövnəq Abdullayev: “SOCAR-ın ərazisindəki qanunsuz tikililərlə bağlı qərarın hazırlanması üçün işlər gedir”

Rövnəq Abdullayev: “SOCAR-ın ərazisindəki qanunsuz tikililərlə bağlı qərarın hazırlanması üçün işlər gedir”
# 03 iyun 2015 12:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ərazisindəki qanunsuz tikililərlə bağlı qərarın hazırlanması üçün müvafiq işlər gedir”.

APA-Economics”in xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

“Masazır qəsəbəsində baş verənlər göstərdi ki, neft ərazisində tikilən qanunsuz obyektlər orada yaşayanlar üçün böyük təhlükə mənbəyidir. Vətəndaşlar bunu başa düşməlidir. Mən 10 ildir hər çıxışımda bildirirəm ki, neft ərazisində aparılan tikintilər insan üçün zərərlidir. Mən hər kəsdən xahiş edirəm ki, müəyyən avantüraya uymasınlar. Kimsə bilməyərəkdən və ya imkansızlıqdan həmin ərazilərdə ev tikirsə bilməlidir ki, bu, onun gələcəyi üçün təhlükəlidir”, - deyə R. Abdullayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR