ADİU-da “Açıq qapı” günü keçirilib

ADİU-da “Açıq qapı” günü keçirilib
# 07 iyul 2014 07:35 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Açıq qapı” günü keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, ADİU-nun rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən “Açıq qapı”da vətəndaşların şikayət və təklifləri dinlənilib.

Vətəndaşlar əsasən övladlarının digər universitetlərdən ADİU-ya köçürülməsi ilə bağlı müraciətlər ediblər. “Açıq qapı” günündə həmçinin universitetdə pedaqoq kimi fəaliyyət göstərmək istəyənlər də rektorun qəbulunda olublar. Rektor Ədalət Muradov bütün müraciətlərin nəzərə alınacağını bildirib.

ADİU-da “Açıq qapı” günü hər ayın birinci şənbə günü keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR