Yuxarı Qarabağ kanalında on iki gün əvvəl batan qardaşlardan digərinin də meyiti tapılıb

Yuxarı Qarabağ kanalında on iki gün əvvəl batan qardaşlardan digərinin də meyiti tapılıb
# 23 noyabr 2014 12:57 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Novruzov Toğrul Hikmət oğlunun cəsədi noyabrın 23-də FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 1,6 km aralıda tapılaraq sudan çıxarılıb.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, T. Novruzovun qardaşı, 2001-ci il təvəllüdlü Ömərin meyiti noyabrın 18-də tapılaraq sudan çıxarılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR