SOCAR 1 mlrd. dollarlıq avrobond buraxır

SOCAR 1 mlrd. dollarlıq avrobond buraxır
# 10 mart 2015 10:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 mlrd. ABŞ dolları həcmində avrobond istiqrazlarının emissiya etmək niyyətindədir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Moody`s İnvestors Services" reytinq agentliyinin yaydığı məlumatda qeyd edilib.

Agentlik planlaşdırılan emissiyaya "Ba1" reytinqi verib. Proqnoz - "stabil"dir.

Məlumatda qeyd edilib ki, SOCAR avrobondların yerləşdirilməsindən əldə olunan vəsaitləri korporativ məqsədləri üçün istifadə etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR