Azərbaycan ərazisində küləkli hava şəraiti davam edəcək - VİDEO

Azərbaycan ərazisində küləkli hava şəraiti davam edəcək - <span style="color: red;">VİDEO
# 12 mart 2015 09:47 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, martın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5, gündüz 10-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar və qar yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 13-15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR