Etibar Pirverdiyev: “Şimal-2” elektrik stansiyası 2015-ci ilin iyun ayına qədər istifadəyə veriləcək”

Etibar Pirverdiyev: “Şimal-2” elektrik stansiyası 2015-ci ilin iyun ayına qədər istifadəyə veriləcək”
# 20 oktyabr 2014 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Şimal-2” elektrik stansiyası 2015-ci ilin iyun ayına qədər istifadəyə veriləcək.

APA-Economics”in məlumatına görə, bunu bu gün energetiklərin peşə bayramı ilə bağlı keçirilən tədbirdə “Azərenerji”nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, son 11 il ərzində Azərbaycanın müxtəlif regionlarında ümumi gücü 2 000 MVt-dən artıq olan çoxlu sayda yeni elektrik stansiyası istismara verilib. O bildirib ki, bu müddət ərzində 10 min kilometrdən artıq elektrik verilişi xətləri, 1 500-dən çox yarımstansiya inşa edilib və yenidən qurulub.

O qeyd edib ki, 2014-15-ci illərdə enerji sistemində əlavə 600 meqavata yaxın güc əldə ediləcək: “2014-16-cı illərdə isə Bakı şəhəri və ətraf qəsəbələrdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı ümumi uzunluğu 80 km-dək olan 110 KV-lıq elektrik verilişi xətlərinin yenidən qurulması üzrə işlər müəyyən edilmiş qrafik üzrə davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR