Daxili Qoşunlarda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib - FOTO

Daxili Qoşunlarda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTO
# 05 may 2015 13:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili Qoşunların Baş İdarəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə millət vəkili Aydın Mirzəzadə və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru Elman Nəsirov iştirak ediblər.

Mərasimdə professor E.Nəsirov Heydər Əliyevin müstəsna şəxsi keyfiyyətlərindən söz açaraq, bu keyfiyyətlərin onun rəhbərlik etdiyi dövrün bütün mərhələlərində özünü bariz şəkildə büruzə verdiyini diqqətə çatdırıb.

Millət vəkili A.Mirzəzadə Heydər Əliyevin Azərbaycan xalqının tarixində misilsiz xidmətlərindən danışaraq onun həyat və fəaliyyətindən bəhs edib.

Daha sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov mərasimdə çıxış edərək ümummilli liderin anadan olduğu günün Azərbaycan tarixinə şərəfli gün kimi daxil olduğunu, hər zaman onun varlığının, qüdrətinin hiss olunacağını nəzərə çatdırıb: “Hər bir xalqın və millətin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu var. Heydər Əliyev də məhz bəşəriyyətin xalqımıza bəxş etdiyi nadir dühalardan biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR