Paşha Bank
Bank Of Baku

Tərtərdə mərmi tapılıb

Tərtərdə mərmi tapılıb
# 08 aprel 2019 19:53 (UTC +04:00)

Tərtər rayonunun, Şıxarx qəsəbəsində mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Agentliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları həmin ərazidəki otlaq sahəsinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQ-42 əl qumbarası və 1 ədəd PQ-9 raketinin mühərrik hissəsi aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Əl qumbarasının və raketin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR