Böyük Britaniyada məşhur şəxslərin telefon danışıqlarını dinləyən jurnalistlərin adları açıqlanıb

Böyük Britaniyada məşhur şəxslərin telefon danışıqlarını dinləyən jurnalistlərin adları açıqlanıb
# 30 iyul 2014 14:19 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Böyük Britaniyada siyasətçilər, məşhur idmançılar və hətta kral ailəsi üzvlərinin telefon danışıqlarının jurnalistlər tərəfindən dinlənilməsi ilə bağlı qalmaqalda yeni adlar gündəmə gəlib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Kral Dövlət Prokurorluğu artıq mövcud olmayan “News of the World” qəzetinin keçmiş redaktor müavini Nil Uollins və həmin qəzetin şöbə müdirlərindən biri olmuş Culs Stensonun adını açıqlayıb.

Bu şəxslər məşhur şəxslər və onların yaxınlarının mobil telefonlarına gələn səsli mesajları dinləməkdə ittiham olunurlar.

N.Uollins və C.Stensonun məhkəməsi avqustun 21-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR