İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib
# 10 aprel 2013 18:30 (UTC +04:00)

İmişli. Əlibәy Zeynallı-APA. İmişlidə avtomobil piyadanı vurub, nəticədə piyada ölüb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən verilən məlumata görə, İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün saat 10.00 radələrində Saatlı-İmişli avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb. Füzuli rayon sakini Hüseynov Anar idarə etdiyi “Mersedes” markalı 10 XN 256 dövlət nömrə nişanlı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Qaralar kənd sakini 15 yaşlı Həsənova Gülnarə Nəzər qızını vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR