ABŞ-da kimyəvi maddənin sızması nəticəsində 17 nəfər zəhərlənib

ABŞ-da kimyəvi maddənin sızması nəticəsində 17 nəfər zəhərlənib
# 18 iyun 2016 02:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın İtaska şəhərində (İllinoys ştatı) İsveçrənin “Nestle” şirkətinə məxsus “Willy Wonka” şokolad fabrikində kimyəvi maddənin sızması nəticəsində 17 nəfər zəhərlənib

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı fabrikdə 50 işçi olub.

Hadisə nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib. Daha 6 nəfərə ambulator yardım göstərilib.

İnsidentə səbəb rütubətliyi tənzimləyən sistemdə istifadə olunun kimyəvi məhlulun sızması olub. Hazırda müəssisə normal iş rejimində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR