Emin Millinin qaynının apellyasiya şikayəti təmin edilməyib

Emin Millinin qaynının apellyasiya şikayəti təmin edilməyib
# 23 iyun 2016 07:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Ağabəyovun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi sübuta yetirilməyib və buna görə onun ittiham olunduğu maddə 234.4.3-cü (narkotik vasitə saxlama, satma, göndərmə) maddəsindən 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesablanması) maddəsi təyin olunub. Onun cəzası şərti hesablanıb, 2 il 4 ay müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb. N. Ağabəyov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan N. Ağabəyov apellyasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR