Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Quba rayonunda baş vermiş yol qəzası barədə məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 10 radələrində Quba rayonunun Paşa-oba kəndində Bakı şəhər sakini Nurməmməd Əzizov idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə N. Əzizov və sərnişinlərindən Ukrayna vətəndaşı Əziz Əzizov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.