Qırğızıstanda müxalifət lideri hakimiyyəti ələ keçirmək ittihamı ilə tutulub

Qırğızıstanda müxalifət lideri hakimiyyəti ələ keçirmək ittihamı ilə tutulub
# 13 iyun 2016 15:13 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Qırğızıstanda müxalif “Xalq parlamenti” liderlərinin hakimiyyəti ələ keçirmək ittihamı üzrə yeni xüsusatların üzə çıxması ilə əlaqədar “Qırğızaltın” dövlət konserninin keçmiş prezidenti Dastan Sarıqulov şübhəli şəxs qismində saxlanılıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, D. Sarıqulov müvəqqəti təcridxanaya göndərilib.

Qeyd edək ki, bir ay əvvəl Qırğızıstan məhkəməsi hakimiyyətin zorla ələ keçirilməsi və hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmək maddələri ilə açılmış cinayət işi çərçivəsində “Xalq parlamenti”nin bir sıra liderləri haqqında həbs qərarı çıxarıb. 69 yaşlı D. Sarıqulov ötən əsrin 90-ci illərdə Talass vilayətinin qubernatoru olub. 1992-ci ildən 1999-dək “Qırğızaltın”ın prezidenti vəzifəsində çalışıb, 2005-2006-cı illərdə isə Qırğızıstanın dövlət katibi vəzifəsini icra edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR