Bakıda ər keçmiş həyat yoldaşını bıçaqlayıb

Bakıda ər keçmiş həyat yoldaşını bıçaqlayıb
# 20 sentyabr 2014 07:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda ər keçmiş həyat yoldaşını bıçaqlayıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ceyhun Məmmədov mübahisə zəminində keçmiş həyat yoldaşı Rəsmiyyə Məmmədovaya bıçaq xəsarəti yetirib.

C.Məmmədov Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR