Bank Of Baku

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb

Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
# 30 sentyabr 2026 10:26 (UTC +04:00)

Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib.

APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havaya qaldırıldığını açıqlayıb.

Bundan əlavə, Polşada yerüstü Hava Hücumundan Müdafiə sistemləri və radiolokasiya kəşfiyyatı vasitələri də səfərbər edilib.

Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 29-dan 30-na keçən gecə radar sistemləri İzmayıl yaxınlığında, Rumıniya ilə sərhəddə Odessa vilayəti istiqamətindən hərəkət edən hava obyektini qeydə alıb.

Bununla əlaqədar İspaniyanın Hərbi Hava Qüvvələrinin NATO-nun gücləndirilmiş hava patrulu çərçivəsində döyüş növbətçiliyində olan iki F-18 qırıcısı havaya qaldırılıb və vəziyyətin monitorinqi həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR