Suriyada hərbi baza uğrunda gedən döyüşlərdə 180 nəfər ölüb

Suriyada hərbi baza uğrunda gedən döyüşlərdə 180 nəfər ölüb
# 16 dekabr 2014 12:27 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Suriyada hərbi baza uğrunda gedən döyüşlərdə iki gün ərzində təxminən 100 suriyalı əsgər, 80 islamçı yaraqlı həyatını itirib.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə “Syrian Observatory for Human Rights” monitorinq qrupu məlumat yayıb.

Bildirilir ki, "əl-Qaidə"nin Suriya qanadı olan "ən-Nusra Cəbhəsi"nin yaraqlıları Dəməşqlə Hələbi birləşdirən əsas magistralın yaxınlığındakı bazanı ələ keçiriblər. Bazaya hücum zamanı 120-dən artıq əsgərin girov götürüldüyü də bildirilir.

Qeyd edək ki, Bəşər Əsədə sadiq hərbi qüvvələr 2 ildir bu bazaya edilən şiddətli hücumların qarşısını almağa bacarırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR