Tovuzda avtomobil oğurlayan Gəncə sakinləri saxlanılıb - VİDEO

Tovuzda avtomobil oğurlayan Gəncə sakinləri saxlanılıb - <span style="color: red;">VİDEO
# 27 oktyabr 2015 12:22 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda avtomobil oğurlayan Gəncə şəhər sakinləri saxlanılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Tovuzun Əyyublu kəndindən avtomobil qaçıran iki nəfər saxlanılıb. Avtomobilin kənddən çıxarılması təhlükəsizlik kamerasına düşüb. Aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, oğurluğu Gəncə şəhər sakinləri 1981-ci il təvəllüdlü Anar Hüseynov və onun qonşusu 1979-cu il təvəllüdlü Vüqar İsmayılov törədib. İki dost oğurluğun izini itirmək üçün oğurladıqları "VAZ"-ı hissələrə bölərək digər avtomobilə yığıblar. Saxlanılanlardan Vüqar İsmayılov əvvəllər də bir neçə cinayət törədərək məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR