Azərbaycan səfiri Moldova baş naziri ilə görüşüb

Azərbaycan səfiri Moldova baş naziri ilə görüşüb
# 06 mart 2015 11:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bu ölkənin baş naziri Kirill Qaburiçlə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, K. Qaburiç ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu, ikitərəfli əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Səfir N. Əliyev isə ölkəmizin Moldova ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Diplomat Moldova baş nazirini Qarabağ nizamlanması prosesi haqqında məlumatlandırıb, habelə separatçılığa qarşı mübarizədə əməkdaşlığının vacibliyini önə çəkib.

Qeyd edək ki, K. Qaburiç bir müddət “Azərcell” şirkətinin prezidenti vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR