Müsavat Partiyasının Məclisində qalmaqal baş verib

Müsavat Partiyasının Məclisində qalmaqal baş verib
# 29 avqust 2015 10:29 (UTC +04:00)

APA-nın məlumatına görə, bu dairədən Divan üzvü Nemət Kərimli və partiyanın Binəqədi təşkilatının üzvü Rauf Səlimov namizəd olmaq istəyiblər.


Müzakirə zamanı Rauf Səlimov deyib ki, Nemət Kərimli iş yeri ilə bağlı onu şantaj edir. Nemət Kərimli isə Rauf Səlimovu partiyadan kənarlaşdırılmış Vurğun Əyyubun adamı kimi sabotajla məşğul olmaqda günahlandırıb.


Müzakirələrdən sonra hər iki şəxsin namizədliyi səsverməyə çıxarılıb və səs çoxluğu ilə bu dairədən Nemət Kərimli Müsavat Partiyasının deputatlığa namizədi olub. Rauf Səlimov səsvermədən öncə zalı tərk edib və səsvermə zamanı zala çağırılsa da, qayıtmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR