“Delta Telekom LTD” Novruz bayramı ilə əlaqədar endirim aksiyası keçirir

“Delta Telekom LTD” Novruz bayramı ilə əlaqədar endirim aksiyası keçirir
# 17 mart 2015 14:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Delta Telekom LTD” İKT sahəsində sürətlə inkişafın davam etdirilməsinə, sahibkarlıq subyektləri üçün İT xidmətlərinin əlçatanlığına nail olunmasına töhfə verilməsi, öz müştərilərinə daha keyfiyyətli və ucuz qiymətlər əsasında internet təqdim etmək məqsədilə Novruz bayramı ərəfəsində növbəti endirim aksiyası elan edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, yeni aksiyanın əsas məqsədi keyfiyyəti yüksəltməklə qiymətlərin aşağı salınmasıdır.

Bu aksiya çərçivəsində “Delta Telekom LTD” MMM internet aylıq xidmət haqqını 10%-dən - 30%-dək artıran müştərilərinə hər 1Mbit/saniyənin qiymətinə artım faizinə proporsional olaraq 10%-dən-30%dək güzəştlər tətbiq edir.

Qeyd edək ki, güzəştlər yalnız 1 ay ərzində müraciət edən müştərilərimizə aid ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR