Bank Of Baku

Rusiyanın Kiyevə PUA-larla hücumu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb

Rusiyanın Kiyevə PUA-larla hücumu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb
# 08 avqust 2026 06:16 (UTC +04:00)

Rusiyanın gecə saatlarında Ukraynanın Kiyev vilayətinə PUA-larla hücumu nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu barədə "RBK-Ukrayna" Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkoya istinadən məlumat yayıb.

Məlumata görə, Brovarı rayonunda üç ərazidə PUA qalıqlarının düşməsi nəticəsində fərdi yaşayış evi, yardımçı tikililər və avtomobillər zədələnib. Qeyri-yaşayış binasının ərazisində isə yanğın baş verib.

Hücum nəticəsində 3 nəfər ölüb. Ölənlər arasında uşaq da var. Daha 3 nəfər yaralanıb, onların arasında da uşaq olduğu bildirilir.

Hazırda ərazidə xilasedicilər və aidiyyəti xidmətlərin əməkdaşları işləyir. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR