Nazir: “Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini ikitərəfli razılaşmalar çərçivəsində qurmaq niyyətindədir”

Nazir: “Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini ikitərəfli razılaşmalar çərçivəsində qurmaq niyyətindədir”
# 25 may 2015 12:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, “Şərq Tərəfdaşlığı”nın 6 ölkəsindən 3-ü Aİ ilə münasibətləri assosiasiya, ikisi azad ticarət zonasının yaradılması çərçivəsində inkişaf etdirmək yolu seçib: “Üçüncü qrup isə Azərbaycandır. Biz münasibətləri ikitərəfli münasibətlər səviyyəsində qururuq”.

E. Məmmədyarov bildirib ki, Azərbaycan “Şərq tərəfdaşlığı” sammitində son ana qədər yekun Bəyannaməyə Dağlıq Qarabağ münaqişəsinin həlli formulunun daxil edilməsini istəyib: “Avropalı tərəfdaşlar bunun çox ətraflı formul olduğunu deyirdilər. Lakin biz son dəqiqəyə qədər israr etdik və hətta bəyan etdik ki, bu sənədə qoşulmaya bilərik. Nəticədə kompromis variant tapıldı. Bu, ondan ibarətdir ki, biz Bəyannaməyə əlavə rəy bildiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR