Ağcabədidə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb –– RƏSMİ

Ağcabədidə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb –– RƏSMİ
# 26 iyun 2016 09:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov -APA. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağcabədidə törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluqdan APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun arvadı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası, 1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu, daha sonra özünü ov tüfəngindən atəş açmaqla öldürməsi faktı ilə bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silab əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR