Astarada ərzaq mağazası, Bakıda qaraj yanıb

Astarada ərzaq mağazası, Bakıda qaraj yanıb
# 20 iyul 2016 00:58 (UTC +04:00)

Bakı-APA. Astarada yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan ərzaq mağazasında baş verib. Nəticədə mağazanın lambirdən ibarət tavanı və bitişik ümumi sahəsi 21 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki malllar 15 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Nizami rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 60 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan taralar yanıb. Yanğın zamanı yaxınlıqda olan çoxmərtəbəli yaşayış binasında vətəndaşlara məxsus mənzillərin aynabəndləri və məişət əşyaları yanıb. Mənzillər yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR