Separatçı Dağlıq Qarabağ rejimi ABŞ-ın çağırışına məhəl qoymayacağını açıqlayıb

Separatçı Dağlıq Qarabağ rejimi ABŞ-ın çağırışına məhəl qoymayacağını açıqlayıb
# 24 fevral 2015 12:06 (UTC +04:00)

APA-nın “panarmenian.net” saytına istinadən verdiyi məlumata görə, özünü qondarma rejimin mətbuat katibi adlandıran David Babayan azərbaycanlı girovların qaytarılmasının mümkünsüz olduğunu açıqlayıb.

O, ABŞ dövlət Departamentinin çağırışını qəribə hesab edərək, separatçı rejimin mövqeyinin artıq açıqlandığını bildirib: “Azərbaycan Ramil Səfərovu qəhrəmana çevirir, amma bu cür bəyanatlar olmur. İndi isə Azərbaycan lobbisi hansısa cəhdlər etməyə çalışır. Hesab edirəm, məsələ bağlanıb. Biz humanitar jest edərək açıq, şəffaf məhkəmə işi aparmışıq”.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR