Ukrayna Ali Radasının ilk toplantısında millət vəkili andının mətnini deputatlara Mustafa Cəmiloğlu elan edəcək

Ukrayna Ali Radasının ilk toplantısında millət vəkili andının mətnini deputatlara Mustafa Cəmiloğlu elan edəcək
# 22 noyabr 2014 12:20 (UTC +04:00)

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu Xalq Cəbhəsindən seçilmiş millət vəkili, yeni parlamentinin ilk toplantısının hazırlanması üzrə deputat qrupunun rəhbəri Andrey Parubiy deyib.

A. Parubiy bildirib ki, andı Ali Radanın ən yaşlı üzvü qismində Regionlar Partiyasının üzvü Yefim Zvyaqilskinin oxumasına imkan verilməyəcək. O, iclası parlamentin indiki sədri Aleksandr Turçinovun açacağını və daha sonra andiçmə mərasiminin başlayacağını söyləyib: “Turçinov ən yaşlı deputatlar kimi Yefim Zvyaqilski, Yuri Şuxeviş və Mustafa Cəmiloğlunu tribunaya dəvət edəcək. Hesab edirəm ki, hazırda Krımın işğal olunması və qardaşlarımızın ortada qalmasının rəmzi mənasını nəzərə alaraq, andı deputatlara Mustafa Cəmiloğlu elan etməlidir”.

Qeyd edək ki, M. Cəmiloğlu prezident Petro Poroşenkonun blokunun namizədlər siyahısında 5-ci sıradan millət vəkili seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR