“Azərpoçt” kreditlərin verilməsi üçün pilot layihə hazırlayıb

“Azərpoçt” kreditlərin verilməsi üçün pilot layihə hazırlayıb
# 03 sentyabr 2014 13:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərpoçt” mikrokreditlər vermək üçün lisenziya almaq məqsədilə Mərkəzi Banka müraciət edib, lakin hələlik icazə verilməyib”.

Bu haqda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov açıqlama verib.

“Mərkəzi Bank tərəfindən icazə hələlik verilməsə də, amma bununla bağlı pilot layihə hazırlanıb. Layihənin dəyəri təxminən 2 milyon manat təşkil edir. Kreditlər daha çox ehtiyac duyulan regionlar artıq müəyyən edilib. Bu kreditlərin qaytarılma riskləri də böyük deyil. Bu vəsait nazirliyin tabeliyində olan təşkilatların gəlirlərindən yaranmış şəxsi fonddur”, - deyə nazir qeyd edib.

“Fikrimcə Mərkəzi Bank lisenziyanın verilməsində problemlər yaratmaz və yaxın vaxtlarda icazəni alacağıq”, - deyə Ə. Abbasov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR