Paşha Bank
Bank Of Baku

Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb
# 05 aprel 2019 08:48 (UTC +04:00)

“Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 32 minə yaxındır”. Bunu ONA-ya Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçeri-Lalen deyib. O bildirib ki, 2018-ci ildə qeydiyyatda olan qadın narkotik istifadəçilərinin sayı təxminən 700 nəfər olub: “2017-ci illə müqayisədə rəqəmlərdə artım var, lakin bu, böyük artım deyil. Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı dünya ölkələri ilə müqayisədə aşağıdır”.

A. Manuçeri-Lalen qeyd edib ki, ölkədə ən çox narkotik istifadəçiləri 24-40 yaş qrupları arasındadır, lakin 60, 70, hətta 80 yaşlı narkotik istifadəçilərinə də rast gəlinir.

Direktorun sözlərinə görə, 2018-ci ildə alkoqolizm diaqnozu qoyulan xəstələrin sayı 977 nəfər təşkil edib, qeydiyyatda olan qadın alkoqoliklərin sayı təxminən 300 nəfərdən çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR