Bank Of Baku

Ağstafada iki qardaş kafedə xəsarət alıb

Ağstafada iki qardaş kafedə xəsarət alıb
# 05 oktyabr 2026 09:22 (UTC +04:00)

Ağstafada iki nəfər kəsici alətdən xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri olan 2005-ci il təvəllüdlü X.Vəliyev və onun qardaş 2003-cü il təvəllüdlü N.Vəliyev çoxsaylı kəsici-deşici alət xəsarət ilə xəstəxanaya yeləşdirilib.

Onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, okttabrın 5-də saat 03:00 radələrində 2 nəfər (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2003-cü il təvəllüdlü şəxsə sağ əlin kəsilmiş yarası, 2005-ci il təvəllüdlü şəxsə isə boyun nahiyəsinin kəsilmiş yaraları, sağ əlin və qarnın ön divarının çoxsaylı kəsilmiş yaraları diaqnozları təyin edilib.

Hər birinə zəruri tibbi xidmət göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR