Dağlıq Qarabağ separatçılarının sponsoru olan Levon Ayrapetyanın ev dustaqlığı uzadılıb

Dağlıq Qarabağ separatçılarının sponsoru olan Levon Ayrapetyanın ev dustaqlığı uzadılıb
# 03 iyul 2015 14:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moskva şəhər Məhkəməsi “Başneft”in əmlakını mənimsəməkdə ittiham olunan sahibkar Levon Ayrapetyanın ev dustaqlığını 15 sentyabra kimi uzadıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, məhkəmə bu qərarla onun müdafiəçilərinin müttəhimin özünü pis etməsi və tez-tez həkim nəzarətindən keçməli olduğu barədə müraciətini rədd edib. İstintaq həbs müddətinin uzadılmasını onunla əsaslandırıb ki, işin bütün iştirakçıları onunla bağlı dinləmə prosesini yekunlaşdırmayıb.

Xatırladaq ki, “Başneft” işinə görə həbs edilən erməni iş adamı Levon Ayrapetyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejimə maliyyə dəstəyi verən əsas diaspor fiqurlarından hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR