Ucarda elektrik enerjisinin verilişində problem yaranıb

Ucarda elektrik enerjisinin verilişində problem yaranıb
# 03 aprel 2015 14:21 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucarda elektrik enerjisinin verilişində problem yaranıb.

APA-nın yerli bürosunun yerli sakinlərə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından rayonun Qarabörk, Qazyan, Lək və Xalac kəndlərinə elektrik enerjisinin verilişi dayandırılıb. Yerli sakinlər hava şəraitindən asılı olmayaraq, bu cür halın tez-tez baş verdiyini deyirlər.

Ucar Paylayıcı Elektrik Şəbəkəsinin növbətçi hissəsindən verilən məlumata görə, rayonun Qarabörk kəndindən keçən hissəsində naqillərdə baş verən nasazlıq səbəbindən bu gün 4 yaşayış məntəqəsinə enerjinin verilişi dayandırılıb.

Hal-hazırda təmir briqadaları həmin ərazidə təmir bərpa işləri aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR