Tovuz Arxeoloji Ekspedisiyası rayon ərazisində apardığın tədqiqatların ilkin mərhələsini yekunlaşdırıb - FOTO

Tovuz Arxeoloji Ekspedisiyası rayon ərazisində apardığın tədqiqatların ilkin mərhələsini yekunlaşdırıb - <span style="color: red;">FOTO
# 08 avqust 2014 16:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz Arxeoloji Ekspedisiyası tərəfindən aparılan tədqiqatların ilkin mərhələsi yekunlaşıb.

İnstitutdan APA-ya verilən məlumata görə, Tovuz rayonu ərazisində yerləşən və e.ə. VI minilliyin I yarısına aid Göytəpə neolit yaşayış məskənində qədim yaşayış kompleksinin ərazisi də daxil olmaqla nəzərdə tutulmuş arxeoparkın inşası üçün ilkin virtual layihələndirmə işləri aparılıb.

Göytəpə arxeoloji kompleksindən təqribən 1 kilometr qərbdə yerləşmiş Hacıəllamxanlı qədim yaşayış məskəninin tədqiqi davam etdirilib: “Bir daha təsdiq edilib ki, Hacıəllamxanlı yaşayış məskəninin qədim sakinləri məhz sonradan Göytəpə və digər həmdövr məskənlərə köç ediblər. Məskəndən aşkar edilmiş üzvü qalıqların üzərində Tokio Universitetində aparılmış radiokarbon analizi Hacıəllamxanlı yaşayış məskəninin e.ə. VII minilliyin ortalarına aid olduğunu göstərib. Beləliklə, Hacıəllamxanlı yaşayış məskənini Azərbaycanda neolitə aid ən qədim yaşayış yeri kimi səciyyələndirmək olar”.

Fransa Milli Araşdırmaları Mərkəzinin mütəxəssisləri ilə birgə Göytəpə arxeoloji kompleksindən 8 kilometr şərqdə yerləşən Menteş qədim yaşayış yerində də əsaslı arxeoloji araşdırmalar aparılıb.

İnstitutdan əlavə ediblər ki, hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası rayon ərazisində digər yeni abidələrin müəyyənləşdirilməsini, qeydiyyatını və ötən il tədqiqatlarda aşkar edilmiş tarixi abidələrin tədqiqatını aparmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR