Boris Nemtsovun qızı Almaniyada “Deutsche Welle” nəşrində çalışacaq

Boris Nemtsovun qızı Almaniyada “Deutsche Welle” nəşrində çalışacaq
# 18 iyul 2015 03:27 (UTC +04:00)

Bakı-APA. Qətlə yetirilmiş rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova Almaniyada çalışacaq. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Məlumata görə, Janna Nemtsova “Deutsche Welle” nəşrinin rus redaksiyasında çalışacaq.

“Mən Janna Nemtsovanın “Deutsche Welle”-də çalışacağına çox şadam. Bu bizim Rusiyadakı nüfuzumuza müsbət təsir edəcək”, deyə “Deutsche Welle” nəşrinin rus redaksiyasının rəhbəri Piter Limburq bildirib.

Qeyd edək ki, Almaniyaya köçməzdən əvvəl Janna “RBK TV”-də çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR