Bakıda Ali Audit Qurumlarının Avropa və Ərəb təşkilatlarının birgə konfransı işə başlayıb - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda Ali Audit Qurumlarının Avropa və Ərəb təşkilatlarının birgə konfransı işə başlayıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2013 08:26 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, konfransın açılış mərasimində çıxış edən Hesablama Palatasının sədri Heydər Əsədov bu konfransın məram və məqsədlərinin ölkəmizdə maliyyə intizamının möhkəmləndirildiyi və antikorrupsiya fəaliyyətinin genişləndirildiyi bir şəraitdə Hesablama Palatasının potensialının gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən göstərilən siyasi maraq və dəstəklərlə üst-üstə düşdüyünü vurğulayıb.

H.Əsədov qeyd edib ki, bu konfrans Azərbaycan üçün çox əlamətdar olan bir dövrə - Heydər Əliyevin anadan olmasının 90 illiyinə təsadüf edir. Məhz onun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Hesablama Palatası yaradılıb, habelə «Hesablama Palatası haqqında» qanunu qəbul edilib, habelə kənar dövlət maliyyə nəzarəti üzrə bütün qanunvericilik və təşkilati məsələlər həllini tapıb.

Azərbaycan prezidenti İ.Əliyevin fəaliyyəti dövründə isə Palatanın səlahiyyətləri daha da genişləndirilib, əməkdaşların maliyyə təminatı yaxşılaşdırılıb, maddi-texniki bazası gücləndirilib, habelə işçilər üçün tam şərait yaradılmaqla onların səmərəli fəaliyyətinə böyük imkanlar yaradılıb. Eyni zamanda, 2011-ci il dekabrın 22-də BMT-nin Baş Assambleyasının 66-cı sessiyasında qəbul edilmiş «AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında» Qətnamənin çağırışlarına uyğun olaraq Azərbaycanda şəffaflığın və hesabatlılığın təmin olunması məqsədilə xüsusi milli fəaliyyət planları qəbul edilib.

H.Əsədov bildirib ki, son illər qanunvericiliyin təkmilləşdirilməsi, Hesablama Palatasının səlahiyyətlərinin artırılması və yoxlanılan sahələrin genişləndirilməsi Palatanın fəaliyyətinin güclənməsinə imkan verib. Bunun nəticəsi olaraq palatanın apardığı yoxlamalar hesabına böyük məbləğdə dövlət vəsaitlərinə qənaət edilməsinə nail olunub. Bu işlər nəticəsində dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi Hesablama Palatasının saxlanmasına sərf edilən vəsaitlərin həcmindən dəfələrlə artıq olub.

«Əgər büdcə təşkilatları və digər təşkilatlar Hesablama Palatasının təqdimatlarını icra etməsələr, onlara qarşı tədbirlər görüləəcək. O cümlədən, onların hesablarının dondurulmasına əl atacağıq», - deyə Hesablama Palatasının sədri vurğulayıb. H.Əsədov bildirib ki, ötən il büdcə təşkilatlarına 100 bu cür təqdimat göndərilib və hələ bu təqdimatlara reaksiyanın verilməməsi kimi hallara rast gəlinməyib.

Onun sözlərinə görə, konfrans Azərbaycanda şəffaflıq və antikorrupsiya tədbirlərinin həyata keçirildiyi, ictimai vəsaitlərin qənaətlə və səmərəli xərclənməsinə diqqətin artdığı bir dövrdə keçirilir. H.Əsədov qeyd edib ki, hazırda Palatanın qarşısında duran mühüm vəzifələr şəffaflığın artırılması və açıq hökumətin tətbiqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübədən yararlanmaqdır.

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) və onun digər regional işçi qrupları (AFROSAI, IDI (INTOSAI-ın İnkişaf Təşəbbüsü), EUROSAI və ARABOSAI təşkilatlarının və həmin təşkilatlara üzv dövlətlərin Ali Audit Qurumlarının rəhbərləri də daxil olmaqla 44-dən çox AAQ-ı yüksək səviyyədə təmsil edən 100-dən çox nümayəndənin (o cümlədən, 25 AAQ-ın birinci şəxsinin) iştirak etdiyi konfrans iki gün davam etməklə «Ali dövlət hakimiyyəti orqanlarının BMT Baş Assambleyasının 2011-ci il 22 dekabr A/66/209 saylı Qətnaməsinin çağırışlarından irəli gələn vəzifələri», «Milli inkişaf məqsədlərinə nail olunmasında Ali Audit Qurumlarının rolu» və «Dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsində kənar və daxili dövlət maliyyə nəzarətinin sərhədlərinin və vəzifələrinin dəqiqləşdirilməsinin rolu» alt-mövzuları üzrə 3 sessiyada keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR