Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçıları və xarici qonaqlara tibb xidməti üçün könüllülər əməkdaşlığa dəvət olunur

Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçıları və xarici qonaqlara tibb xidməti üçün könüllülər əməkdaşlığa dəvət olunur
# 02 oktyabr 2014 13:09 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçılarına və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlıq üçün dəvət edir.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən ali tibbi təhsili (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə), 25 - 45 yaş arası olmaları tələb olunur. Eyni zamanda xarici dilləri bilən şəxslərə üstünlük verilir.

Maraqlananlar tərcümeyi-hallarını [email protected] elektron poçtuna 31.10.2014-cü il tarixinədək göndərməsi xahiş olunur.

Qeyd edək ki, ənənəvi və innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində Azərbaycanda olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR