Dövlət Statistika Komitəsində ATƏT/DTİHB missiyasının nümayəndələri ilə görüş keçirilib

Dövlət Statistika Komitəsində ATƏT/DTİHB missiyasının nümayəndələri ilə görüş keçirilib
# 13 avqust 2015 13:33 (UTC +04:00)

Bakı – APA. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri ilə bağlı Azərbaycanda səfərdə olan Ehtiyacların Qiymətləndirilməsi Missiyası bu gün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovla görüşüblər.

APA-nın məlumatına görə, Y. Yusifov görüş zamanı Komitənin beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verildiyini vurğulayıb.

Görüşün əsas məqsədi ölkədəki seçkiqabağı vəziyyət, seçkilərə hazırlığın qiymətləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olub.

Görüşdə missiya üzvlərinin Azərbaycanda əhalinin, ölkənin yaşı 18-dən yuxarı olan əhalisinin və xaricdə yaşayan azərbaycanlıların sayı haqqında sualları cavablandırılıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Missiya üzvləri görüşdən razı qaldığını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR