Futbol üzrə Amerika Kubokunun ikinci yarımfinalçısı məlum olub

Futbol üzrə Amerika Kubokunun ikinci yarımfinalçısı məlum olub
# 18 iyun 2016 05:04 (UTC +04:00)

Bakı-APA. ABŞ-da keçirilən futbol üzrə Amerika kubokunda ikinci yarımfinalçı məlum olub.

APA-nın məlumatına görə, 1/4 finalda Kolumbiya millisi penaltilər seriyasında 4:2 hesabı ilə Perunu məğlub edib.

Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Turnirin reqlamentinə görə, əlavə vaxt yalnız finalda təyin edilə bilər.

Kolumbiyalılar 2004-cü ildən bəri ilk dəfədir ki, Amerika Kubokunun ½ finalına vəsiqə qazanıblar.

İyunun 19-da daha iki ¼ final qarşılaşması (Argentina - Venesuela, Meksika – Çili) baş tutacaq.

Bundan əvvəl Ekvadoru 2:1 hesabı ilə məğlub edən ABŞ yığması turnirin ilk yarımfinalçısı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR