Nazir müavini: “Rayonlarda müəllimlərin diaqnostik qiymətləndirməsinin ilə bağlı tədbirlər həyata keçirilir”

Nazir müavini: “Rayonlarda müəllimlərin diaqnostik qiymətləndirməsinin ilə bağlı tədbirlər həyata keçirilir”
# 07 noyabr 2015 10:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Hazırda Azərbaycanın 3 şəhəri və 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsi ilə bağlı tədbirlər həyata keçirilir”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O bildirib ki, 3 şəhər və 9 rayonda noyabr-dekabr ayları ərzində müəllimlərin diaqnostik qiymətləndirməsi tamamlanacaq: “Diaqnostik qiymətləndirmədən keçən müəllimlərlə bağlı 1 yanvar 2016-cı ildən etibarən yeni qaydalar əsasında dərs yükü normalarının hesablanması və yeni əmək haqlarının tətbiqinə başlanılacaq”.

C. Bayramov qeyd edib ki, millət vəkili seçilən ali məktəb rektorları ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR