Gəncədə əmək yarmarkası təşkil ediləcək

Gəncədə əmək yarmarkası təşkil ediləcək
# 16 noyabr 2015 08:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən növbəti əmək yarmarkası noyabrın 18-də Gəncə şəhərində təşkil olunacaq.

Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq.

Boş (vakant) iş yeri təqdim olunan müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi aktiv məşğulluq tədbirində əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslər qeydiyyata götürüləcək.

Qeyd edək ki, cari ilin ötən dövründə şəhər və rayonlarda ümumilikdə 55 əmək yarmarkası keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR