Milli Məclis "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək

Milli Məclis "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək
# 13 mart 2015 10:00 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə sədri Arif Rəhimzadə məlumat verərək bildirib ki, birinci oxunuşdan sonra yalnız texniki redaktə xarakterli təkliflər əlavə olunub.


Bildirilib ki, üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənləri pozulmasına görə məsuliyyəti də nəzərdə tutur.


Layihə ikinci oxunuşda da plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR