Tunisdə muzeyə hücum nəticəsində 5 ölkənin vətəndaşları ölüb

Tunisdə muzeyə hücum nəticəsində 5 ölkənin vətəndaşları ölüb
# 18 mart 2015 23:38 (UTC +04:00)

Bakı-APA. Tunisin paytaxtında naməlum şəxslərin “Bardo” muzeyinə hücumu nəticəsində 5 ölkənin vətəndaşları həyatını itirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə 6 fransız vətəndaşı zərər çəkib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Ölənlər arasında Fransa, Polşa, İspaniya, İtaliya və Almaniya vətəndaşları var. Bundan əvvəl terror aktında 19 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, martın 18-də naməlum silahlılar Alaun (Bardo) Milli Muzeyinə hücum edərək orada olan turistlərə atəş açıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR