Yəməndə törədilən partlayış nəticəsində 15-i uşaq olmaqla 25 nəfər ölüb

Yəməndə törədilən partlayış nəticəsində 15-i uşaq olmaqla 25 nəfər ölüb
# 16 dekabr 2014 18:58 (UTC +04:00)

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Reuters məlumat yayıb.

Terror aktı Əl Beydə əyalətində törədilib. Məlumata görə, birinci avtomobilin partladılması nəticəsində 15 uşaq ölüb. Onların hamısının partlayış baş verən an ərazidən keçən məktəb avtobusunda olduğu bildirilir.

İkinci partlayışın vəzifəli şəxsin evinin yaxınlığında törədilib.

Bundan əvvəl “Əl Qaidə” silahlılarının Huti qəbiləsinə hücumu nəticəsində 6 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR