“Qalatasaray” Türkiyə kubokunun qalibi olub - VİDEO

“Qalatasaray” Türkiyə kubokunun qalibi olub - <span style="color: red;">VİDEO
# 03 iyun 2015 21:43 (UTC +04:00)

Apasport.az sayıtnın məlumatına görə, finalda Türkiyə çempionu olmuş “Qalatasaray”la “Bursaspor” qarşılaşıb.

Olduqca maraqlı və gərgin keçən mübarizəni “sarı-qırmızı”lar qazanıb. Azarkeşlərin 5 qol izlədiyi oyunda “cim-bom” “Bursaspor”u 3:2 hesabı ilə məğlub edərək 16-cı dəfə kuboku başı üzərinə qaldırıb.

“Aslanlar”ın hər üç qoluna Burak Yılmaz imza atarkən, rəqib komandanın heyətində Fernandao və Volkan Şən fərqlənib.

Türkiyə kuboku

Final

“Qalatasaray” – “Bursaspor” – 3:2

Qollar: Burak Yılmaz, 40, 48, 60 – Fernandao, 27, Volkan Şən, 58

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR