“Zaminbank” III rübü 2 milyon manatlıq mənfəətlə başa vurub

“Zaminbank” III rübü 2 milyon manatlıq mənfəətlə başa vurub
# 06 noyabr 2015 14:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Zaminbank”ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 502,930 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,16% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,06% azalaraq 305,328 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 193,603 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 10,73% azdır.

Bankın ipoteka kreditlərinin həcmi 47,465 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,32% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 18,47% azalaraq 12,440 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 4,76% azalaraq 86,219 mln. manata düşüb. Əhalinin əmanətlərinin həcmi isə 76,846 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 9,49% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 14,67% azalaraq 58,331 mln. manata çatdığı halda, nizamnamə kapitalı 52 mln. 181,80 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 25,5% azalaraq 23,357 mln. manat, xərcləri isə 9,91% artaraq 21,241 mln. manata çatıb.

Cari ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 1 mln. 936,45 min manat olub.

Hazırda bankın ölkə üzrə 39 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR