Amerika fond bazarında əksər səhmlər bahalaşıb

Amerika fond bazarında əksər səhmlər bahalaşıb
# 10 mart 2015 06:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,78% - 17 995,72 bəndədək, S&P 500 0,39% - 2 079,42 bəndədək, NASDAQ 0,31 % - 4 942,44 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,51% - 6 876,47 bəndədək, Fransa CAC-40-ı 0,55% - 4 937,20 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,27% - 11 582,11 bəndədək bahalaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,79% - 18 641,62 bəndədək, Hang Seng 0,50% - 24 001,32 bəndədək, Shanghai 0,13% - 3 297,99 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 5,80 dollar azalaraq 1 160,70 dollara, gümüş isə 0,08 dollar azalaraq 15,70 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR