Bakı-İstanbul aviareysi üç saat ləngiyib - YENİLƏNİB

Bakı-İstanbul aviareysi üç saat ləngiyib - <span style="color: red;">YENİLƏNİB
# 14 avqust 2014 06:48 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) “APA-Econmomics”ə verilən məlumata görə, “Türk Hava Yolları” şirkətinə məxsus təyyarə qrafik üzrə 20:20-də deyil, təxminən 23:30 radələrində uçmalı olub.

“Ləngiməyə səbəb texniki nasazlıq olub. Yaranmış nasazlıq səbəbindən sərnişinlər başqa təyyarə ilə yola salınıb”, - deyə şirkətdən bildirilib.

Təyyarə Bakı vaxtı ilə 06:10-da Atatürk hava limanına enib.

***

saat 01.11

Bakı-İstanbul aviareysində texniki problem yaranıb

Bakı – APA-Economics. Bakı-İstanbul (Atatürk hava limanı) istiqaməti üzrə uçan təyyarədə texniki nasazlıq baş verib.

APA-Economics”in məlumatına görə, saat 20:22 radələrində yola salınan təyyarədə baş verən nasazlıq az müddət sonra hava gəmisinin Heydər Əliyev adına hava limanında məcburi eniş etməsinə səbəb olub. Bundan başqa, təyyarədəki sərnişinlər təxliyyə edilib.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) texniki nasazlığın səbəblərini və hadisənin digər detallarını dəqiqləşdirmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR