Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunub - FOTOSESSİYA

Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA
# 16 mart 2015 11:04 (UTC +04:00)

Bakı-APA. IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Birlikdən APA-ya verilən məlumata görə, baharın gəlişi və Novruz bayramı ərəfəsində təşkil olunmuş treninq təbiətin oyanması, yaz fəslinin ilk ayına münasib olan təbiət hadisələrinə həsr olunub.

Təlimin gedişində “gənc təbiətsevərlərə” bitkilər üçün həyati əhəmiyyət kəsb edən fotosintez prosesi izah edilib, bir sıra güllərin daxili və xarici quruluşu haqqında ətraflı məlumat verilib. Uşaqlar üçün yaradılmış kiçik laboratoriyada onlar Novruz bayramının simvolu olan səməninin əkilməsi və yetişdirilməsinin sirlərinə yiyələnib, həmçinin təbii şəkildə güllərdən ətirlərin hazırlanması prosesini müşahidə ediblər.

Laboratoriyanın ənənəsinə uyğun olaraq, mart təlimi zamanı uşaqlar üçün mövzuya uyğun müxtəlif əyləncəli və intellektual oyunlar təşkil edilib.

Mart laboratoriyası zamanı, uşaqlar təbiət hadisələri haqqında faydalı biliklər əldə etməklə və əyləncəli gün keçirməklə yanaşı, milli adət-ənənələrimizlə daha yaxından tanış olub.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində təşkil olunan təlimlərdə iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR